Xarici İşlər naziri Seyid Abbas Əraqçi Silahsızlanma üzrə Konfransın Yüksək Səviyyəli İclasında və Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Şurasının 58-ci Sessiyasında iştirak və çıxış etmək üçün bu gün, 24 fevral bazar ertəsi İsveçrəyə səfər edib. Bu görüşlər kənarında jurnalistlərə danışan nazir BMT-nin Cenevrədəki Avropa Baş Qərargahında iştirakının gündəliyi barədə deyib: “Bu gün Cenevrəyə iki mühüm görüşdə, İnsan Hüquqları üzrə Yüksək Səviyyəli İclasda və Silahsızlanma üzrə Konfransın Yüksək Səviyyəli Toplantısında iştirak etmək üçün gəlmişəm. Bu iclaslarla yanaşı, ikitərəfli görüşlər də keçirilib və günortadan sonra da davam edəcək.”
“İnsan Hüquqları üzrə Yüksək Səviyyəli İclas ölkənin insan hüquqları ilə bağlı fikirlərini ifadə etmək üçün mühüm fürsətdir, Silahsızlanma Konfransı da tərksilah məsələləri və dünyanı təhdid edən silah təhdidləri ilə bağlı ölkəmizin fikirlərini təqdim etmək üçün bir yerdir. İranın nüvə proqramı ilə bağlı deyilənlərin əksinə olaraq, bu gün real təhlükə 12 mindən çox nüvə başlığı əlində olan nüvə silahına malik dövlətlərdən gəlir” - deyə, Əraqçi qeyd edib.
Xarici İşlər naziri vurğulayıb: “Bu ölkələrin döyüş başlıqlarının və yeni növ nüvə silahlarının sayı və keyfiyyətini artırmaq səyləri, xüsusilə də sionist rejimin bu silahlardan öz təhlükəsizlik doktrinalarında istifadə etmək təhdidləri narahatlıq doğurur. Rejim rəsmiləri hətta bir neçə dəfə Qəzzədə nüvə silahından istifadə etməklə hədələyiblər. Bu təhdidlərin rəsmi və ya qeyri-rəsmi olmasının fərqi yoxdur. Əhəmiyyətli olan budur ki, sionist rejimin əlində olan qeyri-qanuni nüvə silahları təhdidedici amilə çevrilib. Bunlar dünyada əsas silah təhlükələridir ki, bu gün qeyd etdim. Görünür, bu (İranın nüvə proqramı ilə bağlı deyilənlər), diqqəti İrana yönəltmək istədikləri azğın bir müzakirədir.”
Ölkəmizin xarici işlər naziri çıxışının davamında deyib: “Biz bu sahələrdə fəal olmalı, silah və nüvə silahlarının əsas təhlükələrini dünyaya izah etməliyik. Mənim İnsan Haqları İclasındakı çıxışım da eyni xətt üzrə olacaq.”
Əraqçi Bəhreyn, İndoneziya, Küveyt və Ermənistanın xarici işlər nazirləri ilə keçirdiyi xoş görüşlərə də toxunaraq deyib: “BMT-nin Baş katibi ilə də çox yaxşı görüşümüz oldu, bu görüşdə regionda və beynəlxalq arenada narahatlıq və çağırışları müzakirə etdik. Qəzzə və Fələstində baş verənlər və baş verəcəklərlə bağlı çoxlu narahatlıqlar var. Suriya, Livan və digər yerlərlə bağlı da müzakirələrimiz oldu, inşallah günortadan sonra davam edəcək.”
Sizin rəyiniz